Qazaxıstan energetika nazirliyinin hesabatında bildirilir ki,ölkədə fəaliyyət göstərən 3 iri – Atırau, Çımkənd və Pavlodar NEZ-nın yenilənməsi prosesi 2018-ci ildə başa çatacaq.
Pavlodar neft-kimya zavodunun modernləşdirilməsinin 2018-ci ildə tamamlanması planlaşdırılır. Layihənin dəyəri $ 697 milyondur. Kapital xərclərinin cəmi 12% sərf edilib.
Atyrau NEZ-un yenidən qurulması prosesi 2017-ci ildə tamamlanacaq. Tikintinin dəyəri $ 2,05 milyardır. Kapital xərclərin 36.1% sərf edilib.
Çımkənd NEZ-nın yeniləşdirilməsi də 2017-ci ildə tamamlanması planlaşdırılır. Layihənin dəyəri $ 2,04 milyardır. Kapital xərclərinin 6.9% istifadə edilib.
* 2015-ci ildə Qazaxıstanın neft emalı zavodları 14.546 milyon ton neft emal ediblər. Qazaxıstan neft məhsulları ilə özünü qismən təmin edir.