Fevralın 22-də Azərbaycan Respublikasının Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış, bu vəsaitdən 177 milyon 450 min ABŞ dolları məbləğində vəsait 13 banka satılmışdır.
Caspian Barrel ARDNF-in mətbuat xidmətinə istinadən bildirir ki, Neft Fondu il ərzində hərraclar vasitəsilə valyuta satışını davam etdirəcəkdir.
Qeyd edək ki, 2016-cı ilin yanvar ayında Neft Fondu Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə satışa 600 milyon dollar çıxarmışdı.