“Lukoil” şirkətinin vitse-prezidenti Vladimir Nekrasov jurnalistlərə bildirib ki,şirkət İrana Avropadakı NEZ-na neft tədarükü əvəzində 2 milyon ton neft məhsulları tədarük etməyə hazırdır (swap-əməliyyatları).
“Hal-hazırda razılaşdırmanı davam etdiririk. Biz Həştərxandan neft əvəzində İrana neft məhsulları tədarük etməyə hazırıq. Həştərxanda yükboşltmanın maksimal həcmi 2 milyon tondur. İran neftini biz Sicilyada yerləşən zavoda tədarük edəcəyik”, – deyə o bildirb.
“Lukoil” şirkəti əvvəllərdə iranda işləyib. 2003-cü ildə şirkət şirkət Norveçin “Norsk Hydro” şirkəti ilə birlikdə “Anaran” neft yataqları blokunda kəşfiyyat layihəsinə daxil olmuşdi. Lakin 2011-ci ildə İrana qarşı sanksiyalar tətbiq edildikdən sonra layihəni tərk etmişdi.
2015-ci ilin aprelində şirkət İranda öz nümayəndəliyini yenidən açıb.