Qaz təchizatı sahəsində milli operator olan “KazTransQaz” qaz alqı-satqısı qiymətlərində yaranmış məzənnə fərqindən zərərə uğrayır.
Belə ki, “Tengizchevroil” şirkətindən əmtəəlik qazın alqınması bir dolla üçün 185 tenqe məzənnəsində müəyyənləşmişdi.
Problem ondadır ki, “Tengizchevroil” şirkətindən dollarda alınan qaz daxili bazarda tenqe ilə satılır. Qazı dollarda alıb tenqedə satan milli operator hər il əhali üçün olan təbii qazın dəyərini öz vəsaitləri hesabına dotasiya etmək məcburiyyətində qalır.
“Bu şirkət üçün son dərəcə əlverişsizdir. Əhali üçün qazın qiymətlərini qaldırmamaq üçün ancaq 2015-ci ildə daxili bazarda subsidiyaların məbləği 126 milyard tenge təşkil edib”,- deyə şirkətin mətbuat xidmətindən məlumat veriblər.
Şirkətdə qeyd edirlər ki, “Tengizchevroil” şirkətindən kommersiya qazının alqı-satqısına dəyişiklik edilməsi məsələsi milli operator dəfələrlə dəfələrlə qaldırılıb. Lakin,bu günə qədər heç bir nəticə əldə olunmayıb.