2015-ci ilin IV rübündə Exxon Mobil şirkətinin xalis mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə 58% azalıb – 2,7 milyard dollara qədər. Səhm üzrə mənfəət 57% azalaraq $0,67 təşkil edib.
2015-ci ildə xalis mənfəət bir il əvvəlki $32,5 mlrd ilə müqayisədə 50% azalaraq $16 mlrd olub. İlin nəticələrinə görə, səhm üzrə mənfəət 49% azalaraq $3,85 təşkil edib.
Şirkət IV rübdə gəlirləri 31.5% azalıb – $59,8 milyard.
*ExxonMobil – dünyanın ən böyük özəl neft şirkətidir. Şirkətin neft ehtiyatları 22.4 milyard barel neft ekvivalenti həcmindədir.