Press TV xəbər verir ki, “Cənubi Azadeqan” layihəsinin rəhbəri Mahmud Maraşi bidirib ki, İran yatağın işlənməsinin ikinci mərhələsi üçün,Total şirkəti daxil olmaqla Avropanın və Asiyanın beynəlxalq şirkətləri ilə danışıqlar aparıb.
Onun sözlərinə görə, layihə gündə 320 min barel neft hasilatını nəzərdə tutur.
O, həmçinin qeyd edib ki, İran Milli Neft Şirkəti (NIOC) artıq eyni layihə üçün Total şirkəti ilə danışıqlar aparıb.
“Azadeqan” İranın ən böyük neft yatağıdır. Onun geoloji ehtiyatları 33,2 milyard barel, çıxarıla bilən neft ehtiyatları isə 6 milyard barel olunur.