İranın milli neft şirkəti rəhbəri Roknoddin Cavadiyə istinadən bildirib ki, 4 milyon barel neft ilə yüklənmiş tankerlər İrandan Avropay göndərilib. Bu haqda Iranın ŞANA neft agentliyi məlumat yayıb.
“2 milyon barel neft Fransanın Total şirkəti,yerdə qalan 2 milyonu isə Rusiya və İspaniya şirkətləri tərəfindən alınıb,- deyə Cavadi bildirib.
Əvvələr İran İslam Respublikasının vitse prezidenti Esxak Jahangiri bildirimişdi ki, 2016-cı ilin martında İrandan neft ixracı gündə 1.5 milyon barel ola bilər. Jahangiri həmçinin təsdiqləmişdi ki, 21 martda başlayacaq növbəti iran ilində xaricə gündəlik karbohidrogen satışı 2 milyon barelə çatacaq.