İranın neft terminalları şirkətinin direktoru Piruz Musəvi bildirib ki,48 saat ərzində ölkəsi neft terminallarından 7.1 milyon barel neft tədarük edib.
O, həmçinin bildirib ki, İranın neft ixracının artımının 25-30% Asiya və Uzaq Şərqdəki ənənəvi idxalçılarının payına düşüb. İxrac həcminin qalan hissəsi Avropalı alıcıların və yeni müştərilərin payına düşür.
“Terminlların yenilənmədən sonra şirkət eyni vaxtda 9 neft tankerinin yüklənməsini həyata keçirə bilər”, – deyə Musəvi vurğulayıb.