“The Wall Street Journal” qəzeti yazır ki,vİsveçrənin “Glencore” treyder şirkəti İran neftinin ilk partiyasını dəniz yolu ilə Avropaya ixracına başlayıb.
“Glencore AG” tərəfindən icarəyə alınmış tanker 80 min ton nefti Fars körfəzində terminalda yükləyib.
16 fevralda isə Fransanın Total şirkəti gündə 160 min barel İran neftinin idxalına başlayacaq. Bundan əlavə, İran Yunanıstana neft tədarükünə başlayacaq.