Amerikanın “Chevron” şirkətinin hesabatında bildirilir ki,cari ilin IV rübündə şirkət keçən ilin eyni dövrünün $3,47 milyard gəlirinə qarşı $588 zərər əldə edib. Axırıncı dəfə Şevron 2002-ci ildə zərər əldə etmişdi.
2015-ci ildə xalis gəlir 4.2 dəfə azalıb – $4,59 milyard. Şirkət hasilat bölməsində $1,36 milyard zərərə uğrayıb. ABŞ-da hasilat $ 1.95 milyard zərər gətirib. IV rübdə şirkətin gəliri 33.5% azalıb – $28 milyard,bir ildə isə 35% – $129,9 milyard dollara qədər.
İlin 4-cü rübündə “Chevron” şirkətinin satdığı neft və kondensatın orta qiyməti bir barel üçün 2014-cü ilin analoji dövrünün $66 dollarına qarşı $35 təşkil edib.
* “Chevron” Corporation – ABŞ-da ExxonMobil şirkətindən sonra ikinci ən böyük enerji şirkətidir.