2015-ci ildə “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsi 163,332 min ton neft hasil edib. Bu barədə SOCAR-dan məlumat verilir.
NQÇİ üzrə neft hasilatı planı 106,5% yerinə yetirilib. Hesabat dövründə NQÇİ üzrə 45,285 mln. kubmetr qaz hasil olunub, plan 102,5% yerinə yetirilib.
2015-ci ildə NQÇİ üzrə 31 quyu təmir olunub, onların istismara daxil edilməsi 14,582 min ton əlavə neft hasil etməyə imkan verib.
Hesabat ilində idarə 38 quyunu istismara verib və 35,943 min ton əlavə neft istehsal olunub.
Hasilatın stabilləşdirilməsi məqsədilə 106 quyuda geoloji tədbir (nəticədə 15,289 min ton əlavə neft hasil edilib) və 1,077 texniki tədbir həyata keçirilib (əlavə hasilat 5,599 min ton neft təşkil edib).
“Abşeronneft” NQÇİ-nin fondunda 556 quyu var, onlardan 488-i fəaliyyət göstərir, 60-ı fəaliyyətsiz quyudur, 8 quyu isə mənimsənilmə ərəfəsindədir