2015-ci ilin nəticələrinə görə, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə türkmən və qazax neftinin tədarükü 5.2 milyon ton təşkil edib.
Caspian Barrel bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatlarına istinadən xəbər verir. 2015-ci ilin dekabrında BTC ilə 316 min ton türkmən,340 min ton qazax nefti daşınıb.
BTC ilə Türkmənistan neftinin nəqli 2010-cu ilin iyulundan,Qazaxıstan neftinin nəqli isə 2013-cü ilin noyabrından başlanıb.
Türkmən neftinin Bakıya çatdırılması və daha sonra isə Ceyhan limanına göndərilməsi ilə “SOCAR Trading SA” şirkəti məşğul olur.