2015-ci ilin yanvar-fevralında Rusiyanın qaz ixracından əldə etdiyi gəlirlər 24.2% azalaraq 38,4 milyard dollar təşkil edib.
Təbii qaz ixracının fiziki həcmi keçən ilin analoji dövrünün 158.7 milyard kub metrinə qarşı 167.2 milyard kub metr təşkil edib.
Uzaq xaric ölkələrinə təbii qaz ixracının fiziki həcmi 115 milyard kub metrdən 130 milyard kub metrə qədər artdığı halda,MDB ölkələrinə isə qaz ixracı 16% azalaraq 36.8 milyard kub metr təşkil edib.
Rusiyanın mayeləşmiş təbii qaz ixracından gəlirləri 2015-ci ilin 11 ayı ərzində 9.4% azalaraq 4.171 milyard dollar olub. Fiziki baxımdan mayeləşmiş təbii qazın ixracı 4.45 artaraq 19 milyon kub metr təşkil edib.