2015-ci ilin yanvar-noyabrında Rusiyanın neft ixracı dəyər baxımından keçən ilin analoji dövrü ilə müqayisədə 43% azalaraq 83.325 milyard dollar təşkil edib.
Hesabat dövründə neft ixracının fiziki həcmi hesabat dövründə 8.6% artaraq 222.318 milyon ton olub.
Neft ixracının əsas həcmi uzaq xaric ölklərinin payına düşüb : tədarükün həcmi 78,054 milyard dollar təşkil edib. MDB ölkələrinə neft tədarükündən əldə edilən gəlirlər 5.271 milyard dollara qədər azalıb.
Uzaq xaricə neft ixracının fiziki həcmi 201,462 milyon ton,yaxın xaricə isə 20,855 milyon ton təşkil edib.