Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhamedov “Türkmen Milli nebitgaz kompaniýasy” qapalı səhmdar cəmiyyətinin yaradılmasını nəzərdə tutan sərancam imzalayıb.
Yeni şirkətin təsisçiləri kimi Türkmənistan Prezidenti yanında karbohidrogen resurslarından istifadəsi və idarəetməsi üzrə dövlət agentliyi – nizamnamə kapitalında payı 90%,”Türkmənqaz” dövlət konserni – nizamnamə kapitalında payı 2%, “Türkmənnebit” dövlət konserni – nizamnamə kapitalında payı 2%, Türkmənbaşı neft emalı zavodları kompleksi – nizamnamə kapitalında payı 5% çıxış edəcəklər.
Türkmənistanın iqtisadiyyat və inkişaf nazirliyinə “Türkmen Milli nebitgaz kompaniýasy” qapalı səhmdar cəmiyyətinin müəyyən edilmiş qaydada dövlət qeydiyyatını təmin etmək tapşırılıb.
Yeni yaradılan şirkətin əsas fəaliyyət əhatəsi kəşfiyyat və qazma əməliyyatları, neft və qaz hasilatı, enerji sektorunda beynəlxalq layihələrin həyata keçirilməsi daxildir.