Türkiyə “SOCAR Petrol Arama ve Üretim A.Ş” şirkətinə (SOCAR-ın törəmə şirkəti) Tekirdağ vilayətində neft yataqlarının kəşfiyyatı üçün lisenziya verməkdən imtina edib. Bu barədə Trend “Resmi Gazete”yə istinadən məlumat verir.
Məlumatda deyilir: “Türkiyənin neft haqqında bəzi maddələri əsasında Tekirdağ vilayətində 14,537 hektar kəşfiyyat sahəsində neft axtarış üçün “SOCAR Petrol Arama ve Üretim A.Ş” şirkətinə lisenziya verməkdən imtina etmək barədə qərar qəbul edilib”.