2015-ci ildə uzaq xaric ölkələrinə Rusiyanın neft ixracı 220,267 milyon ton (4.423 milyon barel) təşkil edib ki,bu da 2014-cü ilin analoji göstəricisndən 10.6% çoxdur.
“Transneft” neft kəmərləri sistemi ilə uzaq xaricə 2015-ci ildə 210,813 milyon ton neft nəql edilib.”Transneft”dən yan ötməklə isə – 28,195 milyon ton.
“ Transneft” sistemi ilə Novorossisk limanından 2015-ci ildə 22,072 milyon ton,Primorskdan – 45,071 milyon ton,Kozminodan – 30.435 milyon ton,Ust Luqa limanından isə 17,587 milyon ton neft tədarük edilib.
“Transneft” sistemi ilə uzaq xaric ölkələrinə “Rosneft” 97,477 milyon ton,”Lukoil” – 22,627 milyon ton, “Surqutneftqaz” – 29,887 milyon ton, “Qazprom neft” – 7,851 milyon ton, “Tatneft” – 10,441 milyon ton neft tədarük ediblər.
Müstəqil şirkətlər “Transneft” sistemi ilə uzaq xaricə 13,385 milyon ton,HPB operatorları isə 1,615 milyon ton neft ixrac ediblər.
2015-ci ildə Qazaxıstanın tranziti 15,125 milyon ton,Azərbaycanın – 1.270 milyon ton,Türkmənistanın – 730.9 min ton,Belorusiyanın – 1,615 milyon ton təşkil edib.