Qazaxıstanda bir işçinin orta aylıq nominal əmək haqqı 2015-ci ilin dekabrında 157 655 tenqe təşkil edib. Əhalinin real əmək haqqı inflyasiya nəzərə alınmaqla 2014-cü illə müqayisədə 5% azalıb.
Analitiklərin hesablamlarına görə, işsizlərin sayı 444 min olub. İşsizlərin sayı iqtisadi fəal əhalinin 5% təşkil edib. Dekabrın sonunda işsiz kimi məşğulluq idarələrində qeydiyyatdan keçən şəxslərin sayı -34,6 min nəfər və ya iqtisadi fəal əhalinin 0,4% olub. Qazaxıstan əhalisinin sayı 17,6 milyon nəfər çoxdur.
Həmçinin qeyd edilir ki, ərzaq məhsullarının qiyməti 10.9%, qeyri ərzaq məhsullarının qiyməti 22.6%, əhaliyə pullu xidmətin qiyməti isə 8.1% bahalaşıb.