Qazaxıstanın energetika naziri Vladimir Şkolnik gözləyir ki,2016-cı ildə ölkəsi neft hasilatını 3% azaldacaq,77 milyon tona qədər.Onun sözlərinə görə,2015-ci ildə Qazaxıstanda 79.46 milyon ton neft hasil edilib.
Şkolnik qeyd edib ki,bu il Kaşağan layihəsinin yenidən işə salınmsı gözlənilir. Nazirin hesablamalarına görə,Kaşağan layihəsi,“ilk öncə 7 milyon ton neft hasilatı səviyyəsində olacaq,bir ildən sonra 11 milyon ton səviyyəsinə çıxacaq,daha sonra isə 13 milyon tonda sıfır fazanı bitirəcək”.