“İran üzərindən sanksiyaların qismən qaldırılması dünya bazarında enerjidaşıyıcılarına kəskin və qısa vaxtda təsir etməyəcək”
Bunu 1news.az-a müsahibəsi zamanı Caspian Barrel Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban deyib.
Onun sözlərinə görə, İİR üzərindən sanksiyaların qismən qaldırılması ilə bağlı ajiotaj, gözlənildiyi kimi dünya bazarlarına təsir etdi, enerji daşıyıcılarının indeksləri düşdü. Neft qiymətləri bu hadisədən dərhal sonra 1 barelə görə 28 dollara düşdü.
“Bununla yanaşı etiraf etmək lazımdır ki, hazırda dünya bazarında birjalara daxil olan təzadlı xəbərlər, bir-birinə əks məlumatlara görə dəyişkənlik hökm sürür”,- deyə Neft Araşdırmaları mərkəzinin direktoru bildirib.
Onun sözlərinə görə, qlobal neft bazarlarında 2 milyon barel neft təklifinə qarşı tələb aşağıdır. Bu da artıq qalan neftin alıcısını tapmaq problemini aktuallaşdırır.
“İndi hələ İran neftinin alıcısını tapmaq lazımdır”, – İ,Şaban qeyd edib ki, artıq ikinci ildir çox hasil olunan neft açıq dənizdə barjalarda və iri tankerlərdə saxlanılır.
“Etiraf etmək lazımdır ki, dünya bazarına gündəlik 500 min barel xam neft nəql etmək imkanı olan yeni oyunçu daxil olur. Bu arada iranlı məmurlar bu həcmi 6-7 aydan sonra gündəlik 1 milyon barelə qaldırmaq niyyətində olduqlarını bildiriblər”, – ekspert söyləyib.
Dünya bazarına İran neftinin çıxarılmasına OPEK-in reaksiyasına gəlincə, İ.Şaban bildirdi ki, hələ 2012-ci ildə İran İslam Respublikasına qarşı sanksiyalar sərtləşdiyi dövrdə bazardan İranın kvotası tamamilə yığışdırıldı və əvəzinə Səudiyyə Ərəbistanı dünya neft çəlləyini doldurmağa başladı”,- ekspert deyib.
“İndi isə İranın kvotasını geri qaytarılır. Tehran və Ər-Riyad arasındakı gizli mübarizəni nəzərə alaraq deyə bilərik ki, Səudiyyə Ərəbistanında neft hasilatının azaldılması qərarının OPEK-in mart ayındakı konfransında qəbul olunacağını gözləmək olar”,- deyən ekspert vurğulayıb ki, “hasilatın azaldığını kağız üzərində yazmaq ayrı, real olaraq həyata keçirmək tamam başqadır” .
“Bundan başqa iranlı məmurların qısa zamanda dünya neft bazarını dolduracaqları ilə bağlı bəyanatlar çox optimistcəsinə səslənir”.
“Neft hasilatının yüksəldilməsi, yeni yataqların işlənməsi, çətin əldə olunan məkanlardan hasilat həm də texnologiyaların olmasını, yəni investisiyaları tələb edir. Hətta İran məmurlarının özləri də etiraf edir ki, neft-qaz sahəsinə illik 30 milyard dollar investisiya yatırımı olmalıdır ki, qarşıdakı illərdə hasilatın artımında stabilliyi təmin etmək mümükün olsun. Lakin xarici şirkətlər sığortalanacaqlarına qəti əmin olmadıqca investisiya yatırımı etməyəcəklər”,- deyə, ekspert söyləyib. “Cünki dünya neft şirkətləri İslam İnqilabı zamanı artıq bir dəfə bu hadisədən zərər çəkib”.
Həmçinin ekspert diqqətə çatdırıb ki, Tehran xarici şirkətlərlə “Hasilatın Pay Bögüsü haqqında Saziş” (Production Sharing Agreement) tipli müqavilələr imzalamamağa üstünlük verir və bu hal üçün yeni tip müqavilə forması tapıb. hazırda “Iranian Petroleum Contract” adlanan bu razılıq xarici investorların diqqətini o qədər də cəlb etmir.
“Bütün bunlar onu göstərir ki, yaxın gələcəkdə Tehranın dünya nef-qaz sənayesinin lider şirkətləri ilə münasibətlərinə bərpa etməsi ehtimalı o qədər də yüksək deyil. Çox güman ki, ilk illərdə İran bazarına servis şirkətləri daha çox meyl edəcək”,- İ.Şanah hesab edir. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İranın hər hansı bir layihəsində iştirakı məsələsinə toxunan Mərkəzinin direktoru bildirib ki, xarici layihələrdə iştirak üçün sərbəst kapitalın olması vacibdir. Bir məsələni də nəzərə almaq gərəkdir ki, “upstream” (kəşfiyyat və hasilat) layihələri adətən kapitalyönümlü layihələr olurlar. SOCAR-ın isə hazırda elə bir imkanı yoxdur. Ancaq müştərək əməkdaşlıq perspektivdə mümkündür.
Sanksiyaların dünya qaz bazarına təsiri məsələsindən danışan ekspert bildirib ki, “mavi yanacaq” bazarı neft bazarından kəskin şəkildə fərqlənir.
“ İran qaz bazarına ən azı növbəti 10 illikdən sonra, yəni 2020-ci ildən sonra təsir edə bilər”,- deyə ekspert söyləyib.
Bununla əlaqədar olaraq, o, diqqətini belə bir fakta yönəldib ki, Avropa bazarında qazın qiyməti min kub metrə görə hazırda 200 dollardan aşağıdır. Şirkətlərin “mavi yanacaq” biznesinə investisiya etməsi o qədər də sərfəli deyil. Çünki yaxın dövr üçün bazara çıxarılacaq kifayət qədər qədər həcmlər mövcuddur.
Onun fikrincə, İran üçün ən uğurlu variant maye qaz (LNG) nəqlinə başlamasıdır. Baxmayaraq ki, LNG istehsalı da xərc tələb edən prosesdir.
Daha sonra ekspert ABŞ və Avropa İttifaqının İİR üzərindən beynəlxalq sanksiyaların qaldırılmasının Azərbaycana təsiri məsələsinə münasibət bildirib.
“İran üzərindən sanksiyaların qaldırılması Azərbaycan üçün sübhəsiz, müsbət məqamdır. İqtisadi cəhətdən inkişaf etmiş qonşunun olması hər bir dövlət üçün müsbət haldır. Çünki tox qonşu, ac qonşudan daha başadüşüləndir”, – İ.Şaban əminliklə bildirdi.
Onun sözlərinə görə, İranın inkişafı Azərbaycan üçün bütövlükdə olduğu kimi, sadə azərbaycanlılar üçün də müsbət faktordur.
Bununla bağlı o, Gürcüstanla pararlel aparıb qeyd etdi ki, bir zamanlar orada da iqtisadi dəyişiklər baş verdi. Bu zaman bürokratiya dəyişdi, insanlar real olaraq həyatda korrupsiyanın azaldıığını müşahidə müşahidə etdilər və nəticədə ölkədə turizm, xidmət, nəqliyyat sektoru inkişaf etməyə başladı. Bu isə Azərbaycanla olan iqtisadi münasibətlərə də təsir etdi. Azərbaycan vətəndaşları da istirahət üçün həmin məkanı seçdi, digər ölkələrə səyahət üçün bu ölkənin imkanlarından yararlanmağa başladılar.
“İran iqtisadiyyatı dəyişikliyə qarşı olduqca həssasdır, çünki orada . Əminəm ki, qısa zamanda iranlı istehsalçılar dünya bazarına rəqabətə davamlı məhsullar çıxara biləcək”,- deyə İ. Şabanov bildirib.
O, həmçinin, Tehranın Avropanın “Airbus” aviaşirkətindən 114 müasir təyyarənin alınmasına dair bəyanatını da xatırladıb.
“Əgər bu razılaşma müqavilə səviyyəsinə keçərsə, onda dünyanın ən böyük aviaşirkəti yaxın zamanlarda yalnız İran üçün laynerlərin hazırlanması ilə məşğul olacaq. Bu isə o deməkdir ki, azərbaycanlıların hazırda Tiiflis marşrutunda olduğu kimi, Tehrandan da aviareyslərlə Avropaya uçacağı zaman o qədər də uzaqda deyil.