2015-ci ilin nəticələrinə görə, Rusiyada qaz hasilatı 2.6% azalaraq 554 milyard kub metr təşkil edib.
Rosstatın məlumatına görə, Rusiyada səmt qazın hasilatı 7.9% artaraq 79.5 milyard kub metr olub.
Ümumilikdə, ötən ildə Rusiyada 633.3 milyard kub metr qaz hasil edilib. 2014-cü ilin nəticələrinə görə isə,Rusiyada hasil edilmiş 640.3 milyard kub metr qazın 444 milyard kub metri “Qazprom” şirkətinin payına düşüb.