2015-ci ilin yanvar-noyabrında Qazaxıstanda neft hasilatı 60.731 milyon ton neft hasil edilib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1.8% azdır.
Caspian Barrel Qazaxıstanın statistika komitəsinə istinadən məlumat verir ki, 11 ayda Qazaxıstanda qaz kondensatı hasilatı 0.1% artaraq 11.783 milyon ton təşkil edib.
Yanvar-noyabrda Qazaxıstanda 19.657 milyard kub metr qaz hasil edilib (artım 1.9%).