Şənbə, Fevral 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Total şirkətinin rəhbəri: Neft 2016-da da ucuz qalacaq

10/12/2015
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Fransanın enerji nəhəngi Total şirkəti rəhbərinin fikrincə, neft qiymətləri, çətin ki, 2016-cı ildə dirçəlsin.

fontan avBrent markasından olan neftin bir barelinin qiyməti hazırda 43 dollardan azdır. Bu ötən yay olduğundan 60 faiz aşağıdır. ABŞ-ın yüngül nefti də 40 dollardan ucuza satılır.

Son on ildə neftin bu qədər ucuz olması qeydə alınmamışdı. Totalın başçısı Patrick Pouyanne “2016-cı il üçün heç bir qiymət dirçəlişi gözləmir”. Əksinə o düşünür ki, gələn il təklif, tələbi üstələməkdə davam edəcək.

O öz qənaətində tək deyil. Ötən cümə günü Goldman Sachs bildirib ki, neft qiymətləri bir qədər də düşə bilər.

“Biz qarşıdan gələn bir neçə ayda neft qiymətlərinin təxminən 40 dollar civarında qalacağını proqnozlaşdırsaq da, əslində, qiymətlər daha 50 faiz enə bilər” – deyə bildirib investisiya bankı.

Tələb və təklif arasındakı böyük mütənasibsizlik bazar ertəsi də Brent markalı neftin daha 1 dollar ucuzlaşmasına səbəb olub.

Aktivlərin satışı

Son 18 ayda neft qiymətinin sürətlə enməsinin əsas səbəbi aşırı təklif olub. Bu isə daha çox bazarın ABŞ nefti ilə dolmasına görə baş verib.

Eyni zamanda Avropa və Çində iqtisadi sürətin azalması nəticəsində neftə tələbat da kəskin azalıb.

Belə vəziyyət təkcə neft sənayesinə yox, həm də neft ixrac edən ölkələrə zərbə olub. Liviya, Əlcəzair, Nigeriya və Venesuela kimi çox sayda neft ixrac edən ölkənin daxili büdcələrini tarazlaya bilmələri üçün neft qiymətinin 100 dollardan yuxarı olması tələb olunur. İndi qiymətlərin 40 dollara endiyi bir şəraitdə onlar büdcə kəsirindən çıxmaq üçün aktivlərini satmalı olurlar.

ABŞ-ın eVestment məlumat bankı bidlirib ki, zəngin Körfəz ölkələrində neft fondlarından pulların çıxarılması sürətlənib. Körfəz ölkələrindən bir çoxu neft ixrac edən ölkələrin OPEC kartelinə daxildir. OPEC bütün dünya bazarının 30 faizinə malikdir.

Bir çox neft ölkələri neft qiymətlərinin bu qədər enməsinə yol verilməsindən qəzəblidir.

İran nefti

Tarixən OPEC qiymətləri qaldırmaq lazım gələndə, istehsalı aşağı salardı. Lakin bu dəfə Səudiyyənin hegemon rol oynadığı bu kartel, istehsalı azaltmaq istəmir.

Səudiyyənin məqsədi aydındır. O, qiymətləri aşağı saxlamaqla, maya dəyəri daha yüksək olan ABŞ neftini bazardan çıxarmağa çalışır. OPEC ötən cümə günü görüşsə də, hasilatı eynilə günə 31, 5 milyon barrel civarında saxlamaq qərara alınıb.

Əslində, istehsalat daha da yüksələ bilər. Ötən iyulda dünya gücləri ilə nüvə razılaşması əldə etmiş İran üzərindəki sanksiyaların qaldırılacağına və nəticədə qarşıdan gələn illərdə neft satışını kəskin artırcağına ümid edir.

İran hazırda günə 3 milyon barrel neft istehsal edir və bu onilliyin sonunadək hasilatı 5 milyon barrelə çatdırmağı düşünür.

İran xarici investorlardan 30 milyard dollar vəsaitin cəlb olunması üçün sərfəli kontraktlar təklif etməyə və sanksiyalar qaldırılan kimi hasilatı günə 500 min barrel artırmağa hazırlaşır.

OPEC inanır ki, onun strategiyası işləyir, çünki ABŞ-ın bir çox kiçik həcmli şist nefti şirkəti ağır borc içindədir.

Beynəlxalq Enerji Agentliyi də bu qənaətdədir ki, ABŞ şist neftinin istehsalı gələn il azalacaq.

Lakin ekspertlərin fikrincə, hətta bu da neft qiymətlərinin yüksəlişinə təkan verə bilməyəcək.

BBC Azərbaycanca

 

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
ЕС исключил из санкций нефтепродукты, произведенные из российской нефти вне РФ
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.