Çərşənbə axşamı, Oktyabr 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“SOCAR-Polymer” “Qazprombank”dan ilk kredit tranşı cəlb edib

03/12/2015
5
BAXIŞ
Share on FacebookShare on Twitter

socar polymer2“SOCAR-Polymer” MMC-nin yüksək sıxlıqlı polietilen və polipropilen zavodlarının 2018-ci ildə işə salınması planlaşdırılır. Bu barədə şirkətin baş direktoru Fərid Cəfərov bu gün “MDB ölkələrinin neft emalı və neft-kimya həftəsi” 19-cu illik konfransında çıxışı zamanı bildirib.

“Zavodların tikintisi üzrə layihənin dəyəri $750 mln. təşkil edir, bunun 40%-i səhmdarların kapitalı, 60%-i kredit vəsaitləridir. Zavodlarda istehsal ediləcək məhsulun bir hissəsi daxili bazara yönəldiləcək, qalanı Türkiyə, Avropa və MDB ölkələrinə ixrac ediləcək. Bizim üçün əsas hədəf Türkiyə bazarıdır, SOCAR bu ölkədə plastik məmulatlar bazarının 30%-nə nəzarət edir.

F.Cəfərov qeyd edib ki, “SOCAR Polymer” bu layihələrin həyata keçirilməsi üçün Rusiyanın “Qazprombank”ından kredit cəlb edib. “İlk tranş artıq alınıb. Bu kreditdən təxminən $60 mln. sərf olunub. “Biz “Qazprombank”la əməkdaşlıqdan məmnunuq və hazırda bankın bir sıra başqa layihələri maliyyələşdirmək imkanlarını müzakirə edirik”,- deyə o qeyd edib.

O, jurnalistlərlə söhbət zamanı bildirib ki, polipropilen zavodunda işə salma-sazlama işləri 2017-ci ilin ikinci yarısında başlayacaq, podratçı 2018-ci ilin yanvar ayında zavodu sənaye istismarına verməyi planlaşdırır.

“Cari ilin sonuna qədər “SOCAR-Polymer” MMC-nin yüksək sıxlıqlı polietilen zavodunun tikintisi haqqında müqavilə (Engineering, procurement and construction, EPC) imzalanacaq. Zavodda işə salma-sazlama işlərinin 2017-ci ilin sonu, 2018-ci ilin əvvəlində başlanması planlaşdırılır. Zavod 2018-ci ilin ikinci rübünün sonunda istismara veriləcək”, – deyə F.Cəfərov qeyd edib.

O bildirib ki, Londonda bu layihə çərçivəsində risklərin təkrar sığortasının təqdimatı keçirilib.

“Təqdimat mərasimində 15 təkrarsığorta şirkəti iştirak edib. Ümumilikdə layihə böyük maraq doğurub və biz gələn ilin sonuna qədər onlardan cəlbedici təkliflər gözləyirik”, – deyə F.Cəfərov qeyd edib.

Polipropilen zavodunun maksimal gücü ildə 180 min ton, polietilen zavodunun maksimal gücü ildə 120 min ton məhsul istehsal etməyə imkan verəcək.

* SOCAR 2015-ci ilin iyun ayında Rusiyanın “Qazprombank” ASC-dən “SOCAR-Polymer” MMC-nin yüksək sıxlıqlı polietilen və polipropilen zavodlarnın tikintisinin maliyyələşdirilməsi üçün $489 mln. manat məbləğində kredit cəlb edib. Kredit vəsaitləri 10 il müddətinə ayrılıb.

“SOCAR-Polimer” SOCAR tərəfindən təsis edilib. Nizamnamə kapitalı $100 mln. təşkil edir. 2013-cü ilin sonlarından müəssisənin səhmlərinin 51%-i SOCAR-a, 49%-i “PAŞA Holdinq”, “Gilan Holding” və “Azersun Holding”ə məxsusdur.

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.