Şımkənd NEZ-nu idarə edən Petro Kazakhstan Oil Products və Çinin China Petroleum Engineering & Construction (СРЕСС) şirkəti ilə Pekində zavodunun yenidən qurulması və modernləşdirilməsinin ikinci mərhələsinin həyata keçirilməsi üçün müqaviləyə əlavə saziş imzalayıblar.
Neft emalı zavodunun yenidən qurulması layihəsi zavodun emal gücünün 5.2 milyon tondan 6 milyon tona qədər,açıq rəngli neft məhsullarının istehsalını 61 faizdən 89% qədər artırılmasını və məhsulların keyfiyyətini Avro-3 standartlarına çatdırılmasını nəzərdə tutur.