Gələn il üçün səfərlərin cədvəli dəqiqləşdirilir…
ABŞ prezidenti Barak Obama Nursultan Nazarbayevi nüvə təhlükəsizliyinə dair sammitə dəvət edib.
Oxu.Az Tengrinews.kz-a istinadən xəbər verir ki, bu barədə xarici işlər naziriYerlan İdrisov Mərkəzi Kommunikasiya xidmətində brifinqdə bildirib.
“Gələn il Vaşinqtonda martın sonunda keçiriləcək nüvə təhlükəsizliyi üzrə sammit kimi mühüm hadisə olacaq. Bizim dövlət rəhbərimizin də nüvə əleyhinə hərəkatın fəal iştirakçısı kimi dəvət alacağı gözlənilirdi və artıq o, bu sammitə amerikalı lider tərəfindən dəvət alıb”, – İdrisov qarşıdan gələn iri beynəlxalq tədbirlərdən danışarkən bildirib.
O qeyd edib ki, gələn il üçün səfərlərin cədvəli dəqiqləşdirilir.