Prezident İlham Əliyev bu gün 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki nitqində neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin Azərbaycan iqtisadiyyatına təsirləri barədə danışıb.
Dövlətimizin başçısı deyib: “Mən şəxsən hesab edirəm ki, neftin qiymətinin kəskin şəkildə düşməsinin təbii-iqtisadi əsasları yoxdur. Düzdür, dünya iqtisadiyyatı bir qədər tənəzzülə uğrayıb. Templər bir qədər aşağı düşüb. Amma bu dərəcədə yox ki, neftin qiyməti birdən-birə il ərzində üç dəfə düşsün. Mən şəxsən hesab edirəm ki, bu, düşünülmüş siyasətdir. Bu siyasətin məqsədi də heç kim üçün sirr deyil. Sadəcə olaraq, Azərbaycan bu vəziyyətdən əziyyət çəkir”.