Çərşənbə, Noyabr 18, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Azneft”: “Bu gecə yanğının aradan qaldırılmasına çalışılacaq”

06/12/2015
11
BAXIŞ
Share on FacebookShare on Twitter

p10Dekabrın 4-də Azərbaycan Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşənlərin axtarışı istiqamətində aparılan bütün cəhdlərə baxmayaraq nəticə əldə olunmayıb.

“Report” xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Əlirəhimov bildrib.

Onun sözlərinə görə, FHN və Xəzər Dəniz Gəmiçilik Idarəsinin vertolyotları axtarışları davam etdirirlər. “Yanğının söndürülmısi ilə əlaqədar əlavə qüvvələr cəlb olunub. “Şıxlınski” gəmisi gətirilib, onun üzərinə əlavə texnikalar qoyulub. Fontana qarşı mübarizə qüvvələri və idarənin mütəxəssisləri özlülün üzərinə çıxa biliblər.

O, qeyd edib ki, mütəxəssislər vəziyyəti analiz ediblər. “Texnika ilə təmin olunması üçün iş planı hazırlanıb. Digər yaxın özüllərdən həmin özülə yüksək təzyiqli su verilməsi hazırda davam edir.

B.Əlirəhimov bildirib ki ki, bu gecə yanğının aradan qaldırılması qarşıya qoyulub. Bu iş sabahadək sona çatdırılacaq.

Bununla belə Caspian Barrel-in  sualını cavablandırarkən SOCAR-ın birinci prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, yanğının söndürülməsi neft quyularındakı təzyiqin aşağı düşmə tempindən daha çox asılıdır. “Platformada hazırda neft quyuları yanır, qaz xəttindəki qalıq yanacaq yanıb tükənib. Neft quyularına qaz vurulmadıqda onların təzyiqi tədricən azalır və quyu ağzına çıxma azalır. Bu isə imkan verir ki, platformada yanğını daha tez müddətdə söndürmək mümkün olsun”, deyə SOCAR rəsmisi bildirib.

Qeyd edək ki, həmin platforma 1984-cü ildə istifadəyə verilib və texniki imkanları suda 50 il müddətinə istismarda qalmağa imkan verir. İndiyə qədər platformadan 28 quyu qazılıb. Ancaq ondan 24-ü istismarda olub. Qəza baş verən ana 950 ton gündəlik neft və 1 mln kub metr qaz hasilatı varmış. Müqayisə üçün bildirək ki, 28 May Neft və Qaz Çıxartma İdarəsi (dayazsulu Günəşli yatağını istismar edir) gündəlik olaraq 13,2 min ton neft və 14 milyon kub metrdən çox qaz hasil edir.

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.