Eyni zamanda WTİ markalı neftin qiyməti bir barel Brent neftinin dəyərindən yüksəkdir: 37,67 dollar 37,45 dollara qarşı
Çərşənbə günü ABŞ şirkəti 1975-ci ildən bəri ilk dəfə olaraq neft ixracı üçün birinci müqavilənin imzalandığını elan edib.
Texasda yerləşən “Enterprise Products Partners LP” şirkəti yanvarda 600 min ton neft tədarük edəcək.
“The Wall Street Journal” qəzeti yazır ki, alıcı qismində “Vitol Group” şirkəti çıxış edib. Şirkət xammalı İsveçrədə yerləşən NEZ-na tədarük edəcək.
Son dörd ildə ilk dəfə olaraq WTİ markalı neftin qiyməti Brent neftinin qiymətindən yüksəkdir.