Cümə, Sentyabr 4, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR və Aberdin məktəbi qazmaçı mütəxəssislər hazırlaya bilərlər

25/11/2015
10
BAXIŞ
Share on FacebookShare on Twitter

1mg_4808

Noyabrın 24-də SOCAR-ın Baş ofisində Aberdin Qazma Məktəbinin direktoru Cim Sazerlend və məktəbin biznes inkişafı departamentinin meneceri Tom Donnelli ilə görüş olub.

SOCAR-ın mətbuat xidməti məlumat verir ki, Dövlət Neft Şirkətinin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov SOCAR-la Aberdin Qazma Məktəbi arasında 2 il öncədən başlanmış səmərəli əməkdaşlıq münasibətlərinin uğurla davam etdiyini vurğulayıb.

Səmimi qəbul üçün təşəkkürünü bildirən C.Sazerlend Azərbaycanın dünya neft-qaz sənayesi tarixində mühüm rolu haqqında məlumatlı olduqlarını, belə bir ölkəyə səfərdən məmnunluq duyduqlarını söyləyib.

X.Məmmədov Azərbaycanda neftçıxarma işinin zəngin tarixə malik olduğunu, Bakı neftçilərinin dünya neft sənayesinin inkişafına əvəzsiz töhfələr verdiyini diqqətə çatdırıb.

Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın təbii qaz ixracatçısı olaraq verəcəyi töhfələrdən söz açan SOCAR rəsmisi qeyd edib ki, “Şahdəniz” yatağının işlənilməsi, eləcə də Azərbaycan qazının Avropa bazarlarına nəqlini nəzərdə tutan TANAP və TAP layihələri ölkəmizin dünyada təkcə neft ixracatçısı kimi deyil, həmçinin təbii qaz istehsalçısı kimi tanınmasını təmin edib. Bütün bu uğurların təməlində yüksəkixtisaslı neftçi əməyinin durduğu qeyd edilib, Şirkətin 2005-ci ildən həyata keçirməyə başladığı kadr hazırlığı layihələri, daxili və xarici təqaüd proqramları, eləcə də Şirkətin nəzdində yaradılmış Bakı Ali Neft Məktəbinin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verilib.

Maraqlı informasiyalara görə təşəkkürünü bildirən C.Sazerlənd rəhbərlik etdiyi təhsil ocağı barədə məlumat verib və qeyd edib ki, 1982-ci ildən fəaliyyət göstərən bu Məktəb ötən əsrin 90-cı illərindən dünyanın bir çox ölkələrində quyulara nəzarət və quyuların tənzimlənməsi sahələri üzrə fəaliyyətini genişləndirib. Hazırda üç ölkədə qazma məktəbinə malik olduqlarını, bir neçə ölkədə isə genişmiqyaslı layihələr həyata keçirdiklərini vurğulayan qonaq SOCAR, onun Kompleks Qazma İşləri Tresti (KQİT), habelə Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi ilə sıx əməkdaşlıq münasibətləri qurulduğunu söyləyib.

KQİT-in müdiri İskəndər Şirəli Aberdin Qazma Məktəbi ilə səmərəli əməkdaşlıq münasibətlərindən bəhs edib, bu Məktəbin neft və qaz quyularının ən müasir texnologiyaları üzrə bütün dünyada tanındığını diqqətə çatdırıb, xüsusilə yüksək təzyiqli quyuların qazılması üzrə Məktəbin yaxşı təcrübəyə malik olduğunu vurğulayıb. Aberdin Qazma Məktəbi ilə SOCAR arasında uzunmüddətli təlim müqaviləsi çərçivəsində KQİT-in 64 mütəxəssisinin yüksəksəviyyəli təlim keçdiyi diqqətə çatdırılıb.

SOCAR-la əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirən qonaqlar Qobustan Regional Təlim Mərkəzindəki qazma simulyatoru, eləcə də digər avadanlıqlarla, Mərkəzin imkanları ilə tanışlıqdan aldıqları təəssüratları bölüşüblər. Maraqlı ideyalarla zəngin olan görüşdə SOCAR və Aberdin Qazma Məktəbi tərəfindən mövcud potensialdan və təcrübədən istifadə etməklə yüksəksəviyyəli qazmaçı mütəxəssislərin birgə hazırlanması məqsədilə regional əhəmiyyətli bir mərkəzin yaradılması haqqında fikir də səsləndirilib.

Aberdin Qazma Məktəbinin nümayəndələri səmərəli əməkdaşlıq üçün SOCAR rəhbərliyinə minnətdarlıqlarını bildirib, əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyinə inandıqlarını söyləyib, perspektiv əməkdaşlıq imkanları haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.