Sanksiyaların qaldırılmasından sonra İranın bazara qayıdacağı halda Rusiyanın cənubi Avropada neft satışından daxilolmaları $153 milyona qədər azalacaq. Bloomberg xəbər verir ki,belə bir proqnozu KBC konsaltinq şirkətinin baş analitiki Ehsan ul-Hak verib.
Bu məbləğ Rusiyanın karbohidrogenlərin satışından əldə etdiyi illik gəlirin 0,4% təşkil edir,ancaq ul-hakın fikrincə qiymətlər digər bazarlarda,xüsusilə şimal-qərbi Avropada düşəcək ki, bu da öz növbəsində “itkilərin daha çox olmasına səbəb olacaq”.
Analitik hesablamasında ona əsaslanır ki,2015-ci ildə Aralıq dənizi bazarında Urals markalı neftin Brentə nisbətdə endirimi $0,80 təşkil edir.İrandan neft ixracının bərpası halında bu endirim 2016-cı ildə $1,5 qədər artacaq ki,bu da Rusiyanın gündəlik gəlirinin $420 min azalması deməkdir.