Bazar, Noyabr 16, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Goldman Sachs”: ​Qışda neftin qiyməti $20-a düşə bilər

22/11/2015
0
BAXIŞ
Share on FacebookShare on Twitter

goldman50Dünya bazarında soba mazutuna tələbat azalacağına görə, artıq bu qış mövsümündə neftin 1 barelinin qiyməti 20 ABŞ dollarına qədər düşə bilər. “Report” xəbər verir ki, bu proqnozu “Goldman Sachs” investisiya bankının analitikləri səsləndiriblər.

“Bazarın davam edən yenidən balanslaşdırılmasının olduqca yavaşlaması riski mövcuddur. Çünki ehtiyatların davam edən artımı buna işarə edir”, – deyə Bank müştərilərinə məktubunda bildirib.

Kortirovkalar üçün əsas risk meteoroloqların proqnozlarına görə, son 50 ildə ən güclü olacaq “El-Ninyo” hava fenomeninin inkişafı ilə bağlıdır. Nəticədə, ABŞ və Avropada qış anomal isti keçəcək və bu səbəbdən soba mazutuna tələbat da azalacaq. “Bu risk həyata keçərsə, o, kortirovkaları maya dəyərinə qədər gətirib çıxaracaq bə bazarda yeni korreksiyaya təkan verəcək. Neftin barelinin maya dəyəri isə 20 dollar səviyyəasində qiymətləndirilir”, – deyə “Goldman Sachs” yazır.

Lakin analitiklər hesab edirlər ki, kəskin düşəndən sonra, qiymət artımının bərpa olunacağı ehtimal edilir: “Ən azından buna 1986, 1988 və 1998-ci illərdə müşahidə edilən oxşaq statistika da dəlalət edir”.

Qeyd edilir ki, bazarda pay uğrunda mübarizə üçün endirimlər elan etməklə, neftin qiymətinin sürətlə düşməsinə OPEC üzvləri özləri də yardım edir.

Bir həftə əvvəl “Saudi Aramco” Səudiyyə Milli Neft Şirkəti bu ilin sonu üçün rəsmi satış qiymətini aşağı salıb. Belə ki, amerikalı istehlakçılar “Arab Light” yüngül neftini 1,6 dollar endirimlə (noyabrda – 2,05 dollar), “Arab Heavy” markalı ağır nefti isə 2,2 dollar (noyabrda 1,75 dollara qarşı) diskontla alacaqlar.

Analitiklə qeyd edirlər ki, hazırda dünya neft bazarı ifrat hasilat şəraitindədir. Belə ki, neft anbarları “ağzına qədər” doludur.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) üzv ölkələrinin kommersiya xarakterli xammal ehtiyatları tarixi rekord həddə (2,942 mlrd. barel) çatıb. Strateji dövlət ehtiyatları ilə birgə bu rəqəm 4,525 mlrd. barel təşkil edir. Hələ təxminən 1 mlrd. barel neft isə üzən neft anbarlarına çevrilən dreyf tankerlərin göyərtəsində saxlanılır. Ötən həftə ABŞ-ın kommersiya ehtiyatları yenidən 0,25 mln. barel artıb.

Eyni kateqoriyadan Digər materiallar

Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
“SOCAR Cape” “BP-Azerbaijan” ilə müqavilənin müddətini uzadıb
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Azərbaycan

“Özbəkneftqaz” və SOCAR sentyabrda Özbəkistandakı layihə üçün operatorun qeydiyyat prosesini tamamlayacaqlar

09/09/2025
Azərbaycan

SOCAR ilə Qətərin “UCC Holdinq”i arasında çoxşahəli əməkdaşlıq əlaqələri qurulur

09/09/2025
Azərbaycan

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

09/09/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.