Birləşmiş Ərəb Əmirliklərinin Dragon Oil şirkəti Türkmənistan ilə dəyəri $ 10 milyard olan TAPİ (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) qaz kəməri layihəsinə investitsiya mümkünlüyü barədə danışıqlar aparır.
İxrac kəmərlərinin diversifikasiyasına çalışan Aşqabad gələn ay qaz kəmərinin tikintisinə başlamaq niyyətindədir.
“Dragon Oil Türkmənistan höküməti ilə TAPİ qaz kəməri barədə danışıqlar gedir…lakin heç bir konkret razılıq əldə olunmuyub” – Reuters Dragon Oil şirkəti rəhbərinin sözlərini sitat kimi gətirib.
Qaz kəmərinin gücü 33 milyard kub metr,istismar müddəti isə 30 il olacaq.
Boru kəmərinin ümumi uzunluğu 1.735 km,200 km – Türkmənistan ərazisi ilə,735 km – Əfqanıstan,800 km – isə Pakistan ərazisindən keçəcək.