Cümə axşamı, İyul 16, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

BANM-də əfqan tələbələr təhsil alacaqlar

03/11/2015
5
BAXIŞ
Share on FacebookShare on Twitter

baf_dsc4866Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Əfqanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Tağı Xəlili ilə görüşüb.

SOCAR-ın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Elmar Qasımov diplomatı Ali Məktəbdə görməkdən məmnunluğunu bildirmiş, qonağa BANM-in yaranma tarixi və qazandığı nailiyyətlər haqqında məlumat vermişdir.

Qeyd edilmişdir ki, BANM-in əsas məqsədi neft və kimya sənayesi üçün yüksək ixtisaslı peşəkar kadrları hazırlamaqdır. Qasımov Neft Məktəbində təhsilin ödənişsiz olduğunu və tədrisin ingilis dilində aparıldığını qonağın diqqətinə çatdırmışdır.

BANM-də üç ixtisas üzrə yüksək ixtisaslı mühəndis kadrların hazırlandığını deyən rektor Ali Məktəbin yeni kampusunun Qafqazda ən böyük kampus olacağını bildirmiş, hər il qəbul imtahanında ən yüksək bal toplayan gənclərin BANM-ə daxil olduğunu deyərək, Prezident təqaüdçüsü adını qazanan tələbələrin sayının ildən-ilə artdığına diqqət çəkmişdir.

Rektor BANM-də tədrisin Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirildiyini vurğulamışdır. Qasımov əfqan tələbələrin BANM-də təhsil alması ilə bağlı təklifini bildirərək, səfiri bu istiqamətdə əməkdaşlığa dəstək verməyə çağırmış, BANM-in yeni tədris ilində əfqan tələbələri qəbul etməyə hazır olduğunu bildirmişdir.

Səfir Məhəmməd Tağı Xəlili Azərbaycana və BANM-ə gəlişindən məmnun olduğunu bildirmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının ölkəsinə göstərdiyi davamlı dəstəyi çox yüksək qiymətləndirmişdir. İyirmi il əvvəl Azərbaycanda olduğunu deyən səfir illər öncə gördüyü ölkənin inkişaf etdiyini bildirmişdir. Məhəmməd Tağı Xəlili Azərbaycanda keçirdiyi bütün görüşlərdəki müzakirələrdə təhsilin gündəmdə olduğunu vurğulamışdır. Əfqan tələbələrin BANM-də təhsil alması ilə bağlı təklifə görə rektora minnətdarlığını ifadə edən səfir bu istiqamətdə görüləcək işlərə hərtərəfli dəstək verməyə hazır olduğunu qeyd etmişdir.

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Доля нефтегазового ВВП в экономике Азербайджана впервые упадет ниже 30%
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azerbaijan’s oil and gas sector decreased by 1%
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.