Cümə, Sentyabr 11, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycanda pulsuz qazla biznes qurmaq istəyənlərin sayı niyə artır?

26/11/2015
7
BAXIŞ
Share on FacebookShare on Twitter

Bir qədər əvvəl cəmiyyət “Azərenerji”nin SOCAR-a yarım milyard manat borclu olduğundan agah oldu, indi isə “Azəristiliktəchizat” borclu çıxıb…
qazanxana
Noyabrın 15-dən ölkədəki normativlərə uyğun olaraq mərkəzləşdirilmiş istilik sistimi ilə təchiz olunan abonentlər istilik almalıydılar. Ancaq 10 gündən artıq vaxt keçməsinə baxmayaraq əksər abonentlər hələ də istilik üzünə həsrət qalıblar. Bu müddətdə KIV-lərdə verilən məlumata görə, qazanxanaların əksəriyyəti qaza görə borclu olduğundan onlara yanacaq verilməsi “Azəriqaz” tərəfindən dayandırılıb və buna görə də onlar heç fəaliyyətə başlaya bilməyiblər.

“Caspian Barrel” məsələni kökündən araşdırmaq qərarına gəldi və bununla bağlı bir sıra məsələləri ətraflı öyrənməyə çalışıb. Axı, həqiqətən də bu məsələ indi ortaya çıxmayıb ki, “Azəriqaz” soyuqların düşdüyü bir vaxt əhalini “isti ilə imtahana çəksin”.  Çünki bu da faktdır ki, borcu olmayan qazanxanalar və hətta borcu kiçik olan olan qazanxanalar belə heç bir problemsiz təbii qazla təmin olunur və onların işlədiyi yerlərdə də abonentlərin istilik məsələləri kimində yaxşı, kimin də qismən alababat olsa da həllini tapır. Deməli, bu məsələlərin həlli heç də “qazımızı vermirlər, ona görə də istilik yoxdur”, “əhali vaxtında pul versəydi, hamının qazı olardı” şablon cümlələri qədər sadə deyil.

Problemin kökü nədədir?

Araşdırmamız nəticəsində əldə etdik ki, 1 noyabr 1 tarixinə “Azəriqaz” İstehsalat Birliyinə ölkədəki 526 qazanxanadan yalnız 160-nın borcu 1000 manatdan aşağı olub. Digərlərinin borcu bu həddət aşıb və nəticədə “Azəristiliktəchizat” ASC üzrə 40 milyon manatı keçib.

Həmin borcun 8 milyon manatı təkcə 2015-ci ildə yaranıb. Fikir verin 32 milyon manat isə əvvəlki illərin borcudur.  Ümmiyyətlə, son 5 il ərzində “Azəristiliktəchizat” hər il orta hesabla istifadə etdiyi  yanacağın təqribən 30-35 faizi müqabilində ödəmələr edib. Və həmişə də bunu əhalinin tam pul ödəməməsi faktoru ilə əsaslandırıb. Yəni bir dövlət şirkəti digərinə istehsal xərclərinə görə vəsaiti tam ödəmir və bunda əhalini borclu çıxarır. Və…

Böyük neft pulları və dövlət investisiyaları

Başlayaq ondan ki, 100% dövlət müsəsisə olan “Azəristiliktəchizat” ASC-nin balansındakı qazanxanalar hamısı təbii qazla işləyir. Yəni onları digər yanacaq növü ilə təmin etmək (mazut, kömür, dizel) iqtisadi cəhətdən səmərəsizdir.

 “Azəristiliktəchizat” ASC Azərbaycan Respublikası Prezidentinin 8 iyun 2005-ci il tarixli 847 saylı sərəncamı ilə yaradılıb. Onun vəzifəsi istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməkdir.

“Azəristiliktəchizat” ASC-nin saytında “investisiyalar” bölümü tamamilə boşdur. Yəni ictimaiyətə heç bir məlumat verilmir ki, son 10 ildə bu təşkilat gördüyü işlərə (ancaq bu hissə tam doludur) nə qədər yatırım edib, dövlətdən nə qədər bu sahəyə yardım alıb. Ancaq məlumat bölümündə onun balansındakı obyektlər haqda ətraflı məlumat var.

“Azəristiliktəchizat” ASC tərəfindən istiliklə təmin edilən istehlakçılar haqqında məlumat

s.s. Göstəricilərin adı 2004-2005 fakt 2005-2006 fakt 2006-2007 fakt 2007-2008 fakt 2008-2009 fakt 2009-2010 fakt 2010-2011 fakt 2011-2012 fakt 2012-2013 fakt 2013-2014 fakt 2014-2015 fakt
1 Qazanxanaların sayı 166 202 234 312 310 329 347 362 425 508 526
2 Binaların sayı 988 1519 1750 1933 2072 2184 2357 2561 2819 3142 3450
3 Məktəblər 146 176 218 277 242 244 260 266 267 275 287
4 Uşaq bağçaları 84 111 124 123 141 153 163 158 146 156 162
5 Səhiyyə obyektləri 61 78 97 127 126 133 135 129 134 147 157
6 Digər obyektlər 91 112 131 203 225 265 306 310 350 428 553

* Diqqəti çəkən bir məqam odur ki, 2011-ci ildən Səmdar Cəmiyyətin illik hesabatları da yenilənmir və bu da onun “qapalılığı”nı göstərən dəlildir.

Hökumətin maliyyə sənədləri ilə tanış olduqda görmək olar ki, bu qurum yarandıqdan sonra  “Azəristiliktəchizat” ASC-yə hər il ona dövlət büdcəsi xətti ilə 35-40 milyon manat vəsait ayrılıb. Xərcləmə maddəsinin adı da belədir: “mənzil-kommunal təsərrüfatı sektorunda istilik sistemininə”.

İndi sual olunur, bu qurumun vəzifəsi son 10 ildə ancaq ondan ibarət idi ki, büdcə vəsaitləri hesabına qazanxanalar tiksin, köhnələrini yenidən qursun və avadanlıq alsın? Bəs idarəçilik, bazar sistemində sovet sistemindən fərqlənən yeni iş üslübünün tətbiqi hanı?

Hökumət bu quruma bu qədər vəsait ayırdığı halda bir hesabat tələb edibmi ki, qoyulan investisiyalar müqabilində (yaddan çıxarmayaq ki, onlar da neftdən gələn gəlirlər hesabına edilirdi) əhalinin istiliklə təminatında hansı dönüş yaradılıb?

Axı, elə bu qurumun saytında qeyd ki, 1981-ci ildə Moskva şəhərinin mərkəzləşdirilmiş qaydada istiliklə təmin edilməsi 99% olub və bu da dünya rekordudur. Ancaq nədən “Azəristiliktəchizat” ictimaiyəti və hökuməti məlumatlandırmır ki, bəs Bakı şəhərində XXİ əsrin ikinci onilliyinin yarısında vəziyyət necədir? SOCAR-dan aldığı yanacağın neçə faizini ödəyə bilir? Axı sosializm dövründə fəaliyyət göstərmir bu təşkilat, sosial yardım da etmir əslində və “əhali pul vermir” dediyi mənzillərin böyük əksəriyətində monitorinqlər aparılsa, illər boyu heç istilik olmur, ya da 150 isitmə günü əvəzinə heç yarısı da təmin edilmir, bəzi abonentlərə isə istilik ümumiyyətlə verilmir. Belə olan halda “Azəristiliktəchizat” istehlak etdiyi qazın pulunu nədən SOCAR-a tam ödəmir?

Ona görə də hazırda neftin qiymətinin yarıbayarı azaldığı və dövlətin də neft gəlirlərinin kifayət qədər azaldığı bir vaxtda “Azəristiliktəchizat” kimi qeyri-effektiv qurumun saxlanılmasının nə dövlətə, nə də insanlara (cəmiyyətə) bir faydası varmı? Daha doğru ifadə etsək, belə bir qurum (lar) vacibdir, ancaq “Azəristiliktəchizat” kimi faydalı iş əmsalı çox aşağı olana ehtiyac yoxdur!

Belə olan tərzdə yeganə çıxış yolu kimi onun qısa bir zamanda dövlətsizləşdirilməsi, yəni özəlləşdirilməsi olardı. Bundan həm dövlət qazanardı, həm də abonentlər. Düzdür, sonuncular üçün tariflər artacaq, ancaq evlərində istilik də olacaqdı, daha elektrikə əlavə xərc də çəkilməyəcəkdi. Yadda saxlamaq lazımdır ki, qış mövsümündə binalarda və mənzillərdə yanğınların bir səbəbi də istilik ehtiyaclarının ödənməsi üçün  elektrik xətlərinin həddən artıq yüklənməsi olur. Ona görə də məsələyə hökumətin kompleks yanaşmalıdır, çünki bir məsələnin həlli bir çox məsələlərin həllinə yardımçı olardı.

“Caspian Barrel” Neft Araşdırmaları Mərkəzi

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.