Azərbaycan və Türkmənistan yanacaq-enerji sektoru daxil olmaqla qarşılıqlı birgə layihələrin reallaşdırılması perspektivlərini müzakirə ediblər.
Trend-in Türkmənistanın dövlət xəbərlər agentliyinə istinadən verdiyi məlumata görə, müzakirələr noyabrın 18-də SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında keçirilmiş görüşdə baş tutub.
R.Abdullayev “Türkmənistanın neft və qazı-2015” Beynəlxalq Konfrans və Sərgisində iştirak etmək üçün Aşqabadda səfərdədir.
Məlumatda deyilir ki, görüş zamanı iqtisadi sahədə qarşılıqlı fəaliyyətin müxtəlif aspektləri müzakirə olunub: “İki ölkə zəngin karbohidrogen yataqlarının səmərəli mənimsənilməsi, o cümlədən Xəzər regionundan enerji daşıyıcılarının dünya bazarlarına tədarükünü şaxələndirmək məqsədilə tutarlı addımlar atır”.