Cümə axşamı, İyul 16, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR Rusiyanın “Kriogenmaş” zavodu ilə əməkdaşlığa dair saziş imzalayacaq

03/10/2015
5
BAXIŞ
Share on FacebookShare on Twitter

криогенмаш

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ ) 2016-cı ilin əvvəlində Rusiyanın “Birləşmiş Maşınqayırma Zavodları” (BMZ) holdinqinin tərkibinə daxil olan “Krioqenmaş” şirkəti ilə əməkdaşlığa dair saziş imzalamağa hazırdır. Bu barədə “SOCAR Rusiya” şirkətinin baş direktoru Fərid Cəfərov Rusiyanın “ Kommersant-Vlast” jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, müqavilələr Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” və digər müəssisələri azotla təmin etmk üçün tikiləcək hava ayırıcı qurğuunun tikintisi layihəsi çərçivəsində imzalanacaq.

“Bu layihəni biz BMZ-nin tərkinə daxil olan “Krioqenmaş” zavodu ilə birlikdə həyata keçirəcəyik. Layihə üzrə sazişin imzalanması gələn ilin əvvəlinə nəzərdə tutulub”,- deyə F.Cəfərov qeyd edib.

O xatırladıb ki, BMZ-nin strukturuna daxil olan zavodlar artıq “SOCAR Polymer” üçün avadanlıq tədarükünə cəlb olunub.

“Azərbaycan və Rusiyanın həyata keçirdiyi ən uğurlu layihələrdən biri “SOCAR Polymer” zavodudur. “Qazprombank” onun həyata keçirilməsinə dəstək göstərib: bankın bu layihəyə ayırdığı ümumi kredit xətləri $489 mln. təşkil edir. Həmçinin podratçı layihə çərçivəsində BMZ-də istehsal olunan Rusiya avadanlıqlarından istifadə etməyi öhdəsinə götürüb ki, bu da vacib məqamdır”,- deyə F. Cəfərov bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycanda layihə maliyyələşdirməsi prinsipləri ilə həyata keçirilən ilk layihədir.

“SOCAR və Rusiyanın “Qazprombank”ı maliyyələşmə paketi formalaşdırıblar: bu, polietilen və polipropilen istehsalı üzrə zavodun tikintisi üçün 10 il müddətinə ayrılan kreditdir. Bu layihə çərçivəsində bizim “Qazprombank”la münasibətlərimiz yalnız kreditor-borcalan münasibətləri deyil. Bu, ən əvvəl tərəfdaşlıq münasibətləridir. Mən hesab edirəm ki, biz bu layihəni birlikdə həyata keçiririk. “Qazprombank” burada bizə öz ekspertizası ilə kömək edib. Biz bu təcrübəni sözügedən bankla digər mümkün layihələrdə də genişləndirməyə ümid edirik”,- deyə F.Cəfərov qeyd edib.

O söyləyib ki, bu layihənin həyata keçirilməsi hər il yüksək sıxlığa malik 180 min ton polipropilen və 120 ton polietilen istehsal etməyə imkan verəcək. Polipropilenin buraxılışına 2017-ci ildə başlamaq planlaşdırılır. Məhsulun böyük hissəsi Türkiyə və Avropa bazarlarına yönəldiləcək.

Xəbər verildiyi kimi 2015-ci il iyunun 19-da SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) Rusiyanın “Qazprombank” ASC-dən “SOCAR-Polymer” MMC-nin yüksək sıxlığa malik olan polipropilen və polietilen zavodarının tikintisinin maliyyələşdirilməsi üçün $489 mln. manat məbləğində kredit cəlb edib.

Sumqayıt Kimya Sənaye Parkının ərazisində iki zavod, mərkəzi ofis və anbarların tikilməsini nəzərdə tutan layihənin ümumi dəyəri $700 mln. təşkil edir. Göstərilən məbləğin 40%-ni “SOCAR-Polymer”in təsisçiləri, qalanını “Qazprombank” ASC maliyyələşdirəcək.

SOCAR-Polimer” SOCAR tərəfindən təsis edilib. Nizamnamə kapitalı $100 mln. təşkil edir. 2013-cü ilin sonlarından müəssisənin səhmlərinin 51%-i SOCAR-a, 49%-i “PAŞA Holdinq”, “Gilan Holding” və “Azərsun Holdinq”ə məxsusdur.

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Доля нефтегазового ВВП в экономике Азербайджана впервые упадет ниже 30%
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azerbaijan’s oil and gas sector decreased by 1%
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.