2015-ci ilin yanvar-sentyabrında SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 5.16 milyard kub metr qaz hasil edib ki, bu da keçən ilin analoji dövrünün göstəricisindən (5.52 milyard kub metr) 6.4% azdır. Bu barədə şirkətin saytında yerləşdirilmiş məlumatda deyilir.
2014-cü ildə SOCAR 2013-cü ildə hasil edilmiş 7.31 milyard kub metr qazına qarşı 7.22 milyard kub mter qaz hasil edib.