Ucuz neft qiymətləri,Alyaska və Kanada daxil olmaqla $8,2 milyard dəyərində silinmələr üzündən,»Shell» şirkətinin xalis mənfəəti III rübdə 70% azalıb.
Şirkətin gəliri analitiklərin $2,74 milyard proqnozuna qarşı $1,8 milyard təşkil edib. “Shell” Alyaska şelfində kəşfiyyat işlərinin başa çatması əlaqədar olaraq $2,6 milyard, Kanadada isə Carmon Creek qumlu neft layihəsinin dayandırılması ilə əlaqədar $2 milyard silib.
“Shell” şirkətinin hasilat bölməsi ilk dəfə zərər görüb.Emal bölməsinin gəliri isə keçən ilin eyni dövrü ilə müqayisədə 46% artaraq $2,6 milyard təşkil edib.