Şənbə, İyul 18, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Səmkirlilər SOCAR-da “çilingər” vəzifəsində çalışmaq istəmirlər

01/10/2015
5
BAXIŞ
Share on FacebookShare on Twitter

azerigaz-sayÖlkədə qazlaşdırma proseslərinin sürətləndirilməsi ilə əlaqədar yaranmış əlavə iş həcmlərinə müvafiq olaraq SOCAR-ın “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsi üzrə elan etdiyi işə qəbul müsabiqəsinə 4628 nəfərin müraciəti qeydə alınıb.

SOCAR-ın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, işə qəbul üçün daha çox müraciət Tərtər (843), Salyan (630), Ağsu (597), ən az müraciət isə Şəmkir (425) Regional Mərkəzlərinin əhatə etdiyi rayonlardan olub.

Qeyd olunub ki, müraciətlərin çox olması müsabiqədə seçim imkanlarının genişlənməsinə, seçim prosedurlarının daha şəffaf aparılmasına və ən yaxşı namizədlərin seçilməsinə şərait yaradacaq.

Artıq müraciətləri qeydə alınmış namizədlərin sənədlərinin vakansiya haqqında elanda qeyd olunmuş tələblərə uyğunluğu yoxlanılır. Vakansiyanın tələblərinə uyğun gələn namizədlər müəyyən edildikdən sonra oktyabrın 3-4-də onların orta təhsil səviyyəsində bilikləri test üsulu ilə yoxlanılacaq. Bu məqsədlə regionlarda keçiriləcək test imtahanında müvəffəqiyyət qazanan namizədlərə 10 gün müddətində SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin tərşkil etdiyi nəzəri-praktiki təlim keçiləcək. Xəbər verildiyi kimi, artıq TTSİ-də təlimləri aparacaq mütəxəssislər üçün maarifləndirmə kurslarına başlanılıb.

Təlimin sonunda iştirakçılara müvafiq sənəd təqdim olunacaq. Bundan sonra iştirakçılar təlimlərdə əldə olunan biliklərin və SOCAR-ın korporativ iş mühitinə uyğun şəxsi, işgüzar davranış keyfiyyətlərinin yoxlanılması məqsədi ilə müsahibədə iştirak edəcəklər. Müsahibə zamanı bilik və davranış keyfiyyətləri qənaətbəxş hesab ediləcək namizədlərin bir hissəsi dərhal, hal-hazırda vakant olan 403 yerə işə qəbul olunacaq. Digərlərinin isə Kadr Ehtiyatı Bazasına daxil edilərək “Azəriqaz” İB-nin növbəti bir il ərzində yaranacaq kadr tələbatına uyğun olaraq işlə təmin edilməsi nəzərdə tutulur.

Müsahibədə bir neçə namizəd eyni balı toplayarsa, əvvəlcə onların sahə üzrə topladıqları bal, o da eyni olarsa test imtahanında topladıqları bal əsas götürüləcəkdir. Namizədlər müsabiqənin bütün mərhələlərinin nəticələri barədə məlumatları SOCAR-ın İnsan Resursları Departamenti tərəfindən göndərilmiş xüsusi bildirişlər və ya vakansiyaya müraciət edən zaman onlara təqdim olunmuş FİN (fərdi identifikasiya nömrəsi) və şifrəni daxil etməklə www.socar.az internet səhifəsinin “Karyera” bölməsinin “İşə qəbul” bölümünün “Müsabiqə nəticələri” paneli vasitəsilə ala biləcəklər. Müsabiqə prosesinin bütün mərhələlərinin tam şəffaf, obyektiv və ədalətli keçiriləcəyinə zəmanət verilir.

Qeyd edək ki, respublikanın regionlarında yeni çəkilən qaz xətləri üzərində quraşdırılan sayğac və avadanlıqlara xidmətin operativ təşkili məqsədi ilə “Azəriqaz ” İstehsalat Birliyinin bölgələrdəki strukturlarında əlavə işçi qüvvəsinə tələbat yaranması ilə əlaqədar olaraq SOCAR və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində Birliyin 8 region üzrə 46 rayonu əhatə edən qaz istismar idarələri üçün “Qaz avadalıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsi üzrə elan olunmuş işə qəbul müsabiqəsinə start verilib. Nəzərdə tutulduğu kimi, müsabiqənin birinci mərhələsində müraciətlər elektron qaydada www.socar.az veb-səhifəsinin “karyera” bölməsi (https://careers.socar.az/VacancyList) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin müvafiq rayon şöbələri vasitəsi ilə qəbul edilib. 29.09.2015-ci il tarixində müraciətlərin qəbulu prosesi başa çatıb.

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Доля нефтегазового ВВП в экономике Азербайджана впервые упадет ниже 30%
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azerbaijan’s oil and gas sector decreased by 1%
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.