Şənbə, İyul 18, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Rusiya Azərbaycana 3 gündür qaz idxalına başlayıb

02/10/2015
39
BAXIŞ
Share on FacebookShare on Twitter
Ancaq Bakıda heç kəs bu hadisəni yada salmaq istəməyib

socar-gazpromRusiyanın “RİA-Novosti” dövlət agentliyi “Gazprom” şirkətinə istinadən bu gün məlumat yayıb ki, Rusiya qaz monopoliyası Azərbaycana təbii qaz tədarük etməyə başlayıb. Hazırda tədarüklərin orta sutkalıq həcmi təqribən 6 milyon kubmetr təşkil edir.

Ancaq məlumatda qeyd olunur ki, 1az tədarükünə sentyabrın 29-da başlanıb. Maraqlı fakt budur ki, Azərbaycana qaz ixracına başlanması ilə bağlı nə “Gazprom”un saytında, nə də sentyabrın 11-də Bakıda Azərbaycan metanol zavodu AzMeco ilə qaz alqı-satqısına dair müqavilə imzalayan “Gazprom Export” şirkətinin saytında indiyə qədər bu haqda heç bir məlumat yoxdur.

“RİA-Novosti” isə Azərbaycan tərəfi ilə sentyabr ayında bağlanmış müqavilənin detallarını açıqlayır: müqavilənin müddəti 5 ildir və tərəflərin razılığı ilə sonradan uzadıla bilər.

Müqavilə Azərbaycana ildə 2 milyard kubmetr qaz tədarükünü nəzərdə tutur.

Agentlik “Qazprom”a istinadən bildiri ki: “Rusiya qazının idxalı iqtisadiyyatın və daxili tələbatın artması ilə əlaqədar Azərbaycanın bu enerjidaşıyıcıya olan əlavə tələbatlarını ödəməyə imkan verəcək”.

azmeco-gazCaspian Barrel xatırladır ki, sentyabrın 11-də Bakıda qaz alqı-satqısına dair imzalanma mərasimi başa çatdıqdan 4 gün sonra SOCAR prezidenti Rövnəq Abdullayev Sankt Peterburqa səfər etmiş və “Gazprom” İdarə Heyətinin sədri Aleksey Millerlə görüşmüşdü.  Görüşlə bağlı “Gazprom”un rəsmi məlumatında bildirilirdi ki, tərəflər Rusiya qazının Azərbaycana ixracının bərpası məsələlərini müzakirə edib, bunun ölkə iqtisadiyyatının artan enerji tələblərini ödəməyə qadir olacağını vurğulamışlar.

Qeyd edək ki, Azərbaycan müstəqillik illərində ilk dəfə Rusiya qazının 2000-ci ilin oktyabrında idxal etməyə başlamışdı. O zaman qazın tədarükçüsü rolunda özəl şirkət “İtera” çıxış edirdi. Ancaq 2004-cü il yanvarın 1-dən Azərbaycana Rusiya qazının tam ixracatçısı rolunda “Gazprom” sahib oldu və bu düz 3 il davam etdi. Azərbaycan “Şahdəniz” lahihəsindən ilk qazını hasil etdikdən sonra 2007-ci il 1 yanvardan Rusiya qazının idxalından imtina etdi. 2010-cu ildən sonra isə SOCAR Rusiyanın cənub bölgəsinə – Dağıstana qaz ixracına başladı. 2013-cü ildə ixrac həcmi 1,37 mlrd m3 olmuşdusa, 2014-cü ildə bu həcm 206 mln kub metrə qədər azaldı. Bu da Azərbaycanın daxili bazarında qaza olan tələbatın artması ilə əlaqədar idi.

P.S. Əslində bu haqda məlumatı ilk olaraq AzMeCo şirkəti yaymalı idi. Onun rəhbəri jurnalistlər üçün brifinq keçirməli və bildirməliydi ki, “şirkətimizin bundan sonra xammalla bağlı heç bir problemi olmayacaq və AzMeCo fəaliyətini gündən-günə genişləndirəcək, məhsul ixracını artıracaq və nə qədər vəsait qazanacaq”.

Ilham Şaban, Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Доля нефтегазового ВВП в экономике Азербайджана впервые упадет ниже 30%
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azerbaijan’s oil and gas sector decreased by 1%
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.