Bazar ertəsi, İyul 20, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Gürcüstan Rusiyadan ucuz qaz ala bilməsi üçün nə etməlidir?

12/10/2015
7
BAXIŞ
Share on FacebookShare on Twitter

armenia-gasGürcüstan elə düşünür ki, Rusiyadan ucuz qaz almaq üçün kifayətdir ki, Azərbaycan qazının və ya Ermənistana axan rus qazının qiymətini “Gazprom”a nümayiş etdirsin və sonra bununla mediada ajiotaj yaratsın. Ancaq əsla belə deyil. Kreml dünyada qazdan bir alət kimi istifadə etməyi bacaran bəlkə də yeganə dövlətdir. Buyurun fotoya diqqət yetirin: onun siyasətini tam dəstəkləyən, faktiki onun əyalətinə çevrilmiş Ermənistana mavi yanacağı “Gazprom” şirkəti neçədən satırmış və Rusiya ilə maraqları bəzi məsələlərdə ziddiyyət təşkil edən Ukraynaya hansı qiymət “oxunurmuş”.

Bu baxımdan Gürcüstanın da Rusiya qazının öz ölkəsinə regional qiymətlərlə axması üçün gərək ilk növbədə xarici siyasətinə kəskin korrektə etməsi, dövlət binalarına taxdığı Avropa İttifağının bayraqlarını isə ən azından çıxarması lazımdır.

O ki, qaldı Rusiyanın Azərbaycanı Gürcüstanın qaz bazarından sıxışdırıb çıxarması məsələsinə, bu sadəcə KİV-lərin məsələni “dramatikləşdirməsi”kimibir şeydir. Ən azından ona görə ki, Hazırda Gürcüstanın qaz bazarı 2,2-2,4 mlrd m3 istehlak səviyyəsi arasında (hava şəraitindən asılı olaraq) dəyişir və bunun 300 mln m3-u Rusiya qazının Ermənistana ötürülməsindən alınan tranziti hesabınadır. Yerdə qalan qaz həcmləri isə Azərbaycan qazı hesabına formalaşır.

Bəs niyə birdən birə Gürcüstanın Rusiyadan qaz almaq məsələsi gündəmə gəldi? Bunun iki səbəbi var. Birincisi, 2016-cı ildə Ermənistanda Razdan istilik elektrik stansiyasının 5-ci blokunun tam gücü ilə işlənilməsi planlaşdırılır, bundan əlavə hava şəraitinin bu illə müqayisədə daha sərt keçəcəyi də proqnoz edilir. Yəni qaza tələbat artacaq. Bu baxımdan Gazprom”un Gürcüstan üzərindən Ermənistana qaz nəqli artmalıdır. Təbii ki, bu zaman Gürcüstana çatacaq qaz tranziti həcmləri də artacaq. İkincisi, Azərbaycan tərəfinin Gürcüstanın artan tələbatını ödəyə bilməməsi ilə bağlı energetika naziri Kaxa  Kaladzenin KİV-lər üçün məlum bəyanatı. Təbii ki, əgər Azərbaycanın daxili bazarında ehtiyaclar artıbsa, o artıq qonşusunun bazarı haqda düşünməyəcək. Bu baxımdan Gürcüstan Rusiyadan müəyyən qədər qazı (bir neçə yüz milyon kub metr) kommersiya müqaviləsi ilə “Gazprom”dan almaq istərdi. Ancaq bunu sərfəli qiymət baxımından etmək istəyir. Ona görə də KİV-lərə hətta İran tərəfi ilə qapalı danışıqlar apardığına dair informasiyalar ötürür. Əslində isə bu mümkün bir şey deyil, nə qiymət baxımından Tiflisi qane edəcək, nə də logistik baxımdan. Necə deyərlər, hərə öz maraqları uğrunda imkanı daxilində mübarizə aparır və informasiya “müharibəsində” qonşularımız Azərbaycanı təəssüf ki, qabaqlayırlar.

İlham Şaban

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Доля нефтегазового ВВП в экономике Азербайджана впервые упадет ниже 30%
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azerbaijan’s oil and gas sector decreased by 1%
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.