“Fitch” beynəlxalq reytinq agentliyi bildirir ki, Şimal Axını-2 qaz kəmərini tikmək qərarı Qazprom üçün kommersiya və fandreysinq risklərini artırır.
“Bu layihənin həyata keçrilməsini çətinləşdirir və qaz kəmərinin tikintisi üçün birbaşa vəsait cəlb ediləcyi halda,əhəmiyyətli dərəcədə Qazprom şirkətinin borc yükünü artıra bilər,”- deyə məlumatda bildirlir.
“Qazprom” yayda iki boru kəmərinin tikintisi vasitəsilə Şimal Axını sisteminin ötürmə gücünün 110 milyard kub metrə qədər artırılması barədə Avropalı tərəfdaşları – Shell, Engie, OMV, BASF-Wintershall və E.ON ilə razılığa gəlib. Layihə şirkəti tərəfdaşlarla birlikdə sentyabrda yaradılıb.