Nə İran, nə də hər hansı digər ölkə Avropaya əsas qaz təchizatçısı kimi Rusiyanı əvəz edə bilməz. Bu barədə İSNA agentliyi qaz ixrac edən ölkələr forumunun baş katibi Məhəmməd Hüseyn Adeli bildirib.
“Düşünmürəm ki,İran qaz ixracatçısı kimi Rusiyanı əvəz etməyə çalışır.Lakin,əgər Avropa öz enerji ehtiyaclarını ödəmək üçün onun mənbələrini şaxələndirməyə çalışırsa,onda bəzi ölkələr və İran ona “faydalı” ola bilər,- deyə o bildirib.
Onun sözlərinə görə,Iranın Avropa ittifaqı üçün əhəmiyyəti ondan ibarətdir ki,ölkə gələcəkdə Avropanın qaz ehtiyaclarının bir hissəsini ödəyə bilər.