Rusiyada neft hasilatı iyulda 2.4% artaraq 45.033 milyon ton təşkil edib. Bu barədə YEK MNİ-nin məlumatında bildirilir.
2015-ci ilin yeddi ayı ərzində Rusiyada neft hasilatı 1.4% artaraq 309.245 milyon ton olub.
İlin əvvəlindən Rusiya NEZ-da neft emalı 1.3% azalaraq 164.633 milyon ton təşkil edib.
İyulda rusiya neftinin ixracı 7.1% artaraq 19.581 milyon ton olub. İlin əvvəlindən rusiya neftinin ixracı 7.9% artaraq 140.864 milyon ton təşkil edib.