Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyənin Qars vilayətinin Sarıqamış rayonu əraizindən keçən hissəsində partlayış baş verib.
Bu haqda məlumat yayan “Anadolu” agentliyi bildirir ki, partlayışın səbəbi hələlik məlum deyil.
Hazırda boru kəmərində qazın nəqli dayandırılıb.
Caspian Barrel xatırladır ki, Türkiyənin Qars vilayətinin Sarıqamış rayonu əraizində Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə bağlı bu birinci fövqəladə yaşanan hal deyil. 29 may 2012-ci il tarixində də boru kəmərində yanğınla müşayət edilən partlayış olmuşdu. O zaman Türkiyənin BOTAS şirkəti Azərbaycan qazının idxalını yalnız iyunun 8-dən gündəlik olaraq 12 milyon kubmetr həcmində bərpa edə bilmişdi.