Davam edən qlobal iqtisadi böhran və qərb ölkələri tərəfindən Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar səbəbiylə Rusiyanın “Qazprom” şirkəti təbii qazın satışı üzrə müqavilələrdə olan öhdəliklərini yerinə yetirmək iqtidarında deyil.
2015-ci ilin əvvəlindən “Qazpromun” “Türkmənqaz” dövlət konserni qarşısında Türkmənistandan tədarük edilən təbii qaza görə borcu yaranıb. Bu barədə Türkmənistanın Mineral ehtiyatlar və neft-qaz sənayesi nazirliyinin iştirakı ilə nəşr edilən “Neft, qaz və Türkmənistanın mineral resursları” jurnalının saytı yazıb.