2015-ci ilin birinci yarısında Rusiyada qaz hasilatı Qazprom istisna olmaqla 10.9% artaraq 108.978 milyard kub metr təşkil edib. Bu barədə MNİ-YEK məlumatında deyilir.
“Rosneft” şirkətinin təbii qaz hasilatı hesabat dövründə 16.3% artaraq 30.8 milyard kub metr təşkil edib. “NOVATEK” 6 ay ərizndə təbii qaz hasilatını 7.9% artıraraq 33.672 milyard kub metr qaz hasil edib.
“Qazprom neft” qaz hasilatını 41.7% artıraraq 11.898 milyard kub metr qaz hasil edib və müstəqil istehsalçıların siyahısında üçüncü yeri tutub.