İyulun 7-də Masallı rayonunun Ətcələr və Birinci Səmədxanlı kəndlərinə yenidən təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilmişdir.
SOCAR mətbuatxidmətinin yayadığı məlumata görə, rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçilərinin, sakinlərin iştirak etdiyi açılış mərasimlərində bildirilmişdir ki, kəndlərə təbii qazın verilməsi məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən böyük həcmdə tikinti-quraşdırma işləri aparılmışdir. Belə ki, 157 abonenti olan Ətcələr kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 9695 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır.
Birinci Səmədxanlı kəndinin 194 abonenti də qazlaşdırılmış, kəndə 20 674 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 194 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.