İyunda Rusiyadan neft ixracı 9.9% artaraq 15.591 milyon ton təşkil edib. Bu barədə MNİ YEK-nin materiallarında bildirilir.
İlin birinci yarısında neft ixracı 7.8% artaraq 121.018 milyon ton təşkil edib.
“Transneft” sistemi ilə iyunda neft 15.626 milyon ton neft ixrac edilib ki,bu da keçənilki göstəricidən 1.3% çoxdur. Ötən ilin əvvəlindən Rusiyanın neft ixracı 69% artaraq 95,878 milyon ton təşkil edib.
İlin əvvəlindən tranzit 9.384 milyon ton təşkil edib ki,bu da keçənilki göstəricidən 7.9% azdır. İyunda tranzit 35.4% azalaraq 1.44 milyon ton təşkil edib.